SEPAH: İranda terror aktları planlaşdıran iki yaraqlı məhv edilib

06.09.2026

Ayna portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Terrorçu qrupun iki üzvü birgə əməliyyat zamanı öldürülüb

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İranın cənub-şərqi Sistan və Bəlucistan əyalətində terrorçu qrupun məhv edildiyini açıqlayıb. AYNA.AZ İran mediasına istinadən bildirir ki, SEPAH-ın məlumatına görə, qrupun iki üzvü birgə əməliyyat zamanı öldürülüb.

Əməliyyat SEPAH Quru Qoşunlarının Qüds Qüvvələri, Kəşfiyyat Nazirliyi, SEPAH-ın əyalət kəşfiyyat təşkilatı və yerli hüquq-mühafizə komandanlığı tərəfindən həyata keçirilib.

İran tərəfinin məlumatına görə, qrup kəşfiyyat nəzarəti vasitəsilə müəyyən edilib.

SEPAH iddia edir ki, yaraqlılar əyalətdə əvvəlcədən müəyyən edilmiş hədəflərə hücumlar planlaşdırırmışlar.

Məlumatda həmçinin qrupun İsrail və ABŞ ilə əlaqələri olduğu və İrana qarşı Amerika hərbi əməliyyatı ilə əlaqələndirilərək hücumlar həyata keçirmək niyyətində olduğu iddia edilir.

Bu iddialarla bağlı heç bir müstəqil təsdiq təqdim edilməyib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью