SEPAH İranda yeni radar sistemi qurur

04.04.2025

Icma.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) "Over-the-Horizon Backscatter" (OTH-B) tipli yeni radar texnologiyasının tikintisini davam etdirir.

Bu barədə "Azad İran" "Telegram" kanalı xəbər verib.

Məlumata görə, bu radarlar aşağı və orta hündürlükdəki hədəfləri aşkar edib izləmək üçün hazırlanır.

Bildirilib ki, radar sistemlərinin hüdudu 3000 km-ə qədərdir. Yeni texnologiya xüsusilə səsdənsürətli və qanadlı raketlərə qarşı effektiv sayılır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью