SEPAH İranın ABŞ ilə uzunmüddətli müharibəyə hazır olduğunu bildirib

22.09.2026

Icma.az bildirir, Azertag portalına istinadən.

Bakı, 22 sentyabr, AZƏRTAC

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ ilə uzunmüddətli müharibəyə hazır olduğunu bəyan edib.

AZƏRTAC-ın “Mehr” xəbər agentliyinə istinadla məlumatına görə, bunu SEPAH-ın sözçüsü, briqada generalı Hüseyn Möhebbi bildirib.

“Müharibə davam edir və SEPAH uzunmüddətli müharibəyə hazırlaşıb. Əvvəllər də hazırlıqlı idik, indi isə daha da hazırıq”, - deyə o qeyd edib.

Möhebbi ABŞ-nin bölgədəki hərbi bazalarının və kəşfiyyat obyektlərinin zəif olduğunu iddia edib və Vaşinqtonun regional təsirinin azaldığını bildirib.

İran ordusunun komandanı general-mayor Əmir Hatəmi də daha əvvəl ölkə silahlı qüvvələrinin ABŞ və İsrail tərəfindən mümkün yeni hücumların qarşısını almağa hazır olduğunu açıqlayıb.

Qeyd edək ki, bu açıqlamalar ABŞ-nin İrana qarşı yeni hərbi əməliyyat keçirə biləcəyi ilə bağlı Yaxın Şərqdə narahatlığın artdığı bir vaxtda səslənib. ABŞ Prezidenti Donald Tramp isə İranla bağlı müxtəlif variantları nəzərdən keçirdiyini bildirib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью