Sepah İranın cənubşərqində əməliyyat keçirib ölənlər var

30.12.2024

Icma.az, Manset saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İranın cənub-şərqində, Sistan və Bəlucistan əyalətində İnqilab Keşikçiləri Qvardiyası (Sepah) ilə “Ceyş əl-Ədl” silahlıları arasında qarşıdurma olub.

Manset.az “Mehr”ə istinadən xəbər verir ki, bunu 110-cu Salman Farsi Xüsusi Əməliyyat Briqadasının komandiri, ikinci briqada generalı Məhəmməd Hüseyni bildirib.

Onun sözlərinə görə, silahlı qarşıdurma nəticəsində "Ceyş əl-Ədl" qruplaşmasının xeyli silahlısı öldürülüb.

Məhəmməd Hüseyni vurğulayıb ki, Sepahın Quru Qoşunlarının “Komando” Bölməsi İranın müxtəlif bölgələrində “antiterror əməliyyat”ı keçirib.

O qeyd edib ki, “Sepahın təhlükəsizlik şəhidləri” əməliyyatı zamanı qvardiyanın quru qüvvələri qanunsuz silahlı qruplaşmanın bir neçə sığınacağını məhv edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью