SEPAH: İsfahanda nüvə obyektlərinə hücum iddiaları doğru deyil

05.09.2026

Apa.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İsfahanın nüvə obyektlərinə hücum edilməsi barədə xəbərləri təkzib edib.

APA-nın Tehran bürosunun məlumatına görə, SEPAH-ın İsfahan vilayətinin İctimaiyyətlə Əlaqələr İdarəsi yaydığı bəyanatda vilayətdəki nüvə obyektlərinə hücum edilməsi barədə yayılan məlumatları təkzib edib.

Bildirilib ki, sosial şəbəkələrdə yayılan bəzi yalan xəbərlərin əksinə olaraq, İsrail və ya ABŞ tərəfindən İsfahanın nüvə obyektlərinə hər hansı hücum həyata keçirilməyib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью