SEPAH İsrailə strateji raketlər və PUA larla birgə zərbə endirdiyini açıqladı

19.06.2025

Baku.ws saytından alınan məlumata görə, Icma.az bildirir.

İran İsrailə strateji raketlər və pilotsuz uçuş aparatları ilə birgə zərbə endirdiyini bildirib.

BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH, Silahlı Qüvvələrin elit bölmələri) bildirib.

İran ordusundan verilən açıqlamaya görə, hücum İsrail ordusunun komandanlıq və kəşfiyyat mərkəzini hədəf alıb.

""Doğru vəd 3" əməliyyatının on dördüncü mərhələsi kamikadze pilotsuz uçan aparatlar və strateji raketlərlə birgə zərbə ilə başlayıb. Bu əməliyyat zamanı İsrailin xəstəxana yaxınlığında yerləşən komanda və kəşfiyyat mərkəzi yüksək dəqiqliklə hücuma məruz qalıb", -  bəyanatda deyilir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью