SEPAH komandanının müəmmalı ölümü

08.03.2025

Icma.az bildirir, Tribuna saytına əsaslanaraq.

Bir neçə gün əvvəl Tehranda baş verən yanğının təfərrüatları məlum olub. Tribunainfo.az xəbər verir ki, hadisə SEPAH-ın Hərbi Dəniz Qüvvələrinin qərargahında baş verib.

Yanğında bir neçə nəfərin, o cümlədən SEPAH-ın Dəniz Qüvvələri komandanlarından biri olan Mustafa Abdullahi də ölüb. Tehran Yanğından Mühafizə İdarəsi açıqlamasında qeyd edib ki, həmin bina qapalı olub, çox az sayda pəncərələrinin olması səbəbindən yaranan tüstü insanların ölümünə səbəb olub.

Lakin yerli ekspertlər məsələyə bu qədər bəsiot yanaşmırlar. Onlar hesab edirlər ki, bu, SEPAH daxilindəki qarşıdurmanın təzahürüdür.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью