GlobalInfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
İranın daxili işlər naziri və İslam İnqilabı Keşikçiləri Korpusunun ( SEPAH) komandirləri ABŞ-ın qara siyahısına salınıb.
Globalinfo.az xəbər verir ki, ABŞ Maliyyə Nazirliyi İranın daxili işlər naziri İskəndər Momeni, daha altı İran vətəndaşını, həmçinin Böyük Britaniyada qeydiyyatdan keçmiş iki şirkəti sanksiyalara məruz qoyub.
Bu barədə nazirliyin Xarici Aktivlərə Nəzarət İdarəsinin (OFAC) açıqlamasında bildirilib.
Sanksiya siyahısına Gilan, Kermanşah, Tehran və Həmədan əyalətlərində regional polis idarələrinin rəhbərləri, İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) bir sıra komandirləri və kəşfiyyat qurumunun rəhbəri daxil edilib.
Eyni zamanda, Londonda qeydiyyatdan keçmiş “Zedcex Exchange” və “Zedxion “Exchange” adlı Britaniya şirkətlərinə də ikinci dərəcəli sanksiyalar tətbiq olunub. Maliyyə və sığorta xidmətləri göstərən bu şirkətlər SEPAH ilə əlaqələrinə görə cəzalandırılıb.
ABŞ Maliyyə Nazirliyinin məlumatına görə, “Zedcex Exchange” 2022-ci ilin avqustundan bu günədək təxminən 94 milyard dollar dəyərində maliyyə əməliyyatları həyata keçirib.
Əliyar Xəlil