SEPAH komandiri Pezeşkiana xəbərdarlıq etdi

05.12.2024

Sherg.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

İran Prezidenti Məsud Pezeşkianın ölkədə yanacağın bahalaşacağı ehtimalı barədə çıxışından sonra siyasi, xüsusən SEPAH-da olan rəqiblərinin təzyiq və təhdid bəyanatları artıb.

Axar.az xəbər verir ki, bu bəyanatlardan birini SEPAH-ın Xatəm əl-Ənbiya Qərargahının keçmiş komandiri Səid Məhəmmədi səsləndirib.

“Ehtiyatlı olun, siz minalı sahədə hərəkət edirsiniz və ilk səhviniz sonuncu səhviniz olacaq”, - SEPAH komandiri bildirib.

Qeyd edək ki, iki gün əvvəl Pezeşkian deyib ki, benzinin idxalına pul ayrılanda, büdcə kəsiri yaranır və bu da inflyasiyaya, aztəminatlı təbəqənin zərər görməsinə səbəb olur:

“Ona görə də parlament idxala valyuta ayırmasa, benzinin bahalaşacağı qaçılmazdır”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью