Azpolitika.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
İran İslam İnqilabının Keşikçiləri Korpusu (SEPAH) yaydığı bəyanatda "Nəsr 2" əməliyyatının növbəti mərhələləri çərçivəsində Küveyt və Bəhreyndə yerləşən ABŞ hərbi obyektlərinə zərbələr endirdiyini bildirib.
Bəyanata əsasən, "Əba Əbdül Hüseyn" kod adı ilə həyata keçirilən əməliyyatın dördüncü dalğasında Küveytdəki Mina Abdullah bazası, "Ya Əli ibn Əbi Talib" kod adı ilə icra edilən beşinci dalğada isə Bəhreyndə yerləşən ABŞ hərbi bazası hədəfə alınıb.
SEPAH bəyanatında hücumların "təcavüzə sarsıdıcı cavab" olduğu bildirilib və əlavə olunub ki, "bölgənin neft və qaz ixracı ya hamı üçün olacaq, ya da heç kim üçün olmayacaq”.
"AzPolitika.info"