SEPAH Küveytdəki ABŞ bazasına zərbələr endirdiyini təsdiqləyib

30.07.2026

Icma.az, Moderator.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) bu gün səhər saatlarında ABŞ qoşunlarının yerləşdiyi Küveytdəki "Əli əs-Salim" hərbi bazasına edilmiş hücumun məsuliyyətini öz üzərinə götürüb.

Moderator.az xəbər verir ki, bu barədə "Al Jazeera" telekanalı SEPAH-ın bəyanatına istinadən məlumat yayıb.

Bəyanatda qeyd olunub ki, pilotsuz uçuş aparatları üçün iki anqar, eyni zamanda, təyyarələr və hərbi helikopterlər üçün yanacaq çəni yandırılaraq məhv edilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью