SEPAH Küveytdəki Əli əs Salem bazasına hücum edib

24.07.2026

Azpost portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ-ın hücumlarına cavab olaraq Küveytdə yerləşən Əli əs-Salem hərbi bazasındakı sursat anbarını hədəfə aldığını və onu ardıcıl partlayışlarla tamamilə məhv etdiyini açıqlayıb.

APA-nın Tehran bürosunun məlumatına görə, SEPAH-ın bəyanatında bildirilib ki, qurumun qüvvələri ağır və müasir kamikadze pilotsuz uçuş aparatlarından istifadə edərək Əli əs-Salem bazasında yerləşən böyük sursat anbarını vurub və onu ardıcıl partlayışlar nəticəsində tamamilə darmadağın ediblər.

Bəyanatda qeyd olunub ki, bununla eyni vaxtda bazadakı şəxsi heyətin yerləşdiyi anqarlar da hücuma məruz qalıb. Nəticədə 6 böyük anqar tamamilə məhv edilib, daha 3 anqara ciddi ziyan dəyib.

AzPost.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью