GlobalInfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Fransanın xarici işlər naziri Jan-Noel Barro Avropa İttifaqının (Aİ) bütün üzv dövlətlərinin İran İslam İnqilabı Keşikçiləri Korpusunu (SEPAH) terror təşkilatı kimi tanımaq barədə razılığa gəldiyini açıqlayıb.
XİN başçısının sözlərinə görə, Fransa İslam İnqilabı Keşikçiləri Korpusunun Aİ-nin terrorçu təşkilatlar siyahısına daxil edilməsini dəstəkləyəcək. O, İttifaqın İran xalqının dinc üsyanının dözülməz şəkildə repressiyasına cavabsız qala bilməyəcəyini söyləyib.
Globalinfo.az-a danışan politoloq Vaqif Hüseyn deyib ki, Avropa İttifaqının qərarı tövsiyə xarakterlidir:
“Avropa Parlamentində belə qərarlar çox olub. Ümumiyyətlə, Avropada liderlər zirvə toplantılarında bənzər qərarlar verirlər, lakin hələlik bununla bağlı rəsmi məlumat yoxdur.
Fikrimcə, Avropa ölkələrində hansısa dövlət bu qərarı tanısa da, Parlamentin verəcəyi qərar birmənalı əhəmiyyət daşımır. Tövsiyə xarakterli qərarlar qəbul edilə bilər, lakin bu, SEPAH-ın rəsmi səviyyədə terror təşkilatı kimi qəbul ediləcəyi mənasına gəlmir. İranla münasibətlər, Qəzza məsələsi kimi həssas mövzular isə əlavə diqqət tələb edir”.
Turan Rzayev
Globalinfo.az