SEPAH: Larak adasına hücum cavabsız qalmayacaq

31.08.2026

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakı, 31 avqust, AZƏRTAC

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Larak adasına hücuma görə ABŞ-dən qisas alacağına söz verib.

AZƏRTAC xəbər verir ki, bu barədə SEPAH bəyanat yayıb.

Bəyanatda deyilir: "Larak adasına hücum nəticəsində bir neçə döyüşçümüz, həmvətənimiz həlak olub və yaralanıb. Bu hərəkətə cavab veriləcək və təcavüzkar cəzalandırılacaq".

Qeyd edək ki, ABŞ qüvvələri İranın cənubundakı Larak adasında iki raket kompleksini vurub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью