SEPAH: Oman ərazisində ABŞ nin iki hərbi radarı məhv edilib

17.07.2026

Icma.az, Xalqcebhesi portalına istinadən məlumat verir.

İran ABŞ-nin Yaxın Şərqdəki obyektlərinə cavab hücumları zamanı ABŞ Silahlı Qüvvələrinin Omandakı iki radarını vuraraq məhv edib.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH, İran Silahlı Qüvvələrinin elit bölmələri) mətbuat xidməti məlumat yayıb.

"Cavab əməliyyatlarının davamı olaraq, bu gün sübh tezdən İslam İnqilabı Keşikçiləri Korpusunun Hərbi Dəniz Qüvvələri 'Nəsr-2' əməliyyatının 13-cü dalğası çərçivəsində Salamı adasının qayalıqlarında yerləşən dəniz nəzarət radarını, həmçinin Omanın Qanam rayonunda yerləşdirilmiş ABŞ-nin hava nəzarət radarını vuraraq məhv edib", — deyə bəyanatda bildirilir.

Məryəm Quliyeva

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью