SEPAH: Putinin dedikləri yalandır

20.12.2024

Icma.az xəbər verir, Olke.az saytına əsaslanaraq.

İran İnqilab Keşikçiləri Ordusu (SEPAH) Rusiya prezidenti Putinin iranlı silahlıları Suriyadan təxliyə etdikləri barədə barədə dediklərini təkzib edib.

Ölkə.Az xatırladır ki, Putin dekabrın 19-da keçirdiyi mətbuat konfransında 4 min iranlı hərbçini Suriyadan təxliyə etdiyini bəyan edib. 

SEPAH Putinin bu bəyanatını təkzib edərək bunun həqiqəti əks etdirmədiyini bildirib.

SEPAH onu da bildirib ki, Suriyadakı son qarşıdurmalarda 15 hərbi müşaviri həyatını itirib. 

Mürtəza
Ölkə.Az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью