SEPAH süni intellektli raketləri kimə tuşlayıb? | Icma.az
Icma.az, Cebheinfo saytına istinadən bildirir. İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) dəniz qüvvələri süni intellektlə təchiz ed
“Cebheinfo.az” bu barədə “Mehr”-ə istinadən xəbər verir. İranın cənubundakı Buşəhr və Xuzistan əyalətlərinin sahil sularında keçirilən “Böyü
Süni intellektlə təchiz edilmiş Qaem və Almas raketləri qabaqcıl “Mohajer 6” və “Ababil 5” pilotsuz uçuş aparatlarından buraxılıb.
Təlimlərdə iştirak edən SEPAH Hərbi Dəniz Qüvvələrinin komandanı kontr-admiral Əlirza Tanqsiri elit qüvvələrin sistem və texnikasının yeniləndiyini bildirib.
O əlavə edib ki, donanma müxtəlif ballistik və Yer-Yer raketləri, o cümlədən strateji hərbi gəmi “Şəhid Süleymani”-dən hücum raketi atıb və düşmənin uçan hədəflərini “Kövsar 222” raketləri ilə vurub.
Əlirza Tanqsiri qeyd edib ki, Fars körfəzinin şimal və mərkəzi strateji sularında keçirilən genişmiqyaslı təlimlər SEPAH dəniz qüvvələrinin "düşmənlərin istənilən avantürist hərəkətlərinə" qarşı durmaq üçün koordinasiyanı və hazırlığını artırmaq məqsədi daşıyır.
Xəzər “Cebheinfo.az” Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Tam oxu
Xəbəri oxu