SEPAH təsdiqlədi: Suriyada korpus komandanı öldürülüb

01.12.2024

GlobalInfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

SEPAH-ın Suriyadakı hərbi korpusunun rəhbəri öldürülüb.

Globalinfo.az xəbər verir ki, bunu İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandanı general-leytenant Hüseyn Səlami təsdiqləyib.

O bildirib ki, Suriyadakı iranlı hərbi məsləhətçilər korpusunun rəhbəri general-mayor Kiyomars Purhaşemi törədilən terror aktı nəticəsində həlak olub.

Səlami Suriyanın şimalında yaranan vəziyyətə görə, İsrailin məsuliyyət daşıdığını deyib.

“İsrail Qəzza zolağı və Livanda strateji məğlubiyyətə uğradı. Son günlərdə isə Suriyaya qarşı növbəti vəhşi hücuma keçib. Terrorçular İranın Suriyadakı baş hərbi müşaviri general-mayor Kiyomars Purhaşemini sui-qəsd nəticəsində öldürüblər”, – deyə Səlami vurğulayıb.

Müşviq Tofiqoğlu
Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью