SEPAH üçüncü yeraltı raket bazasını nümayiş etdirdi

02.02.2025

Icma.az, Axar.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İran İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) donanması strateji cənub sularında esminesləri vurmaq üçün nəzərdə tutulmuş qanadlı raketlərin yerləşdiyi yeni yeraltı bazasını nümayiş etdirib.

Axar.az xəbər verir ki, bu barədə “Mehr” agentliyi məlumat yayıb.

Məlumata görə, SEPAH-ın baş komandanı general-mayor Hüseyn Səlami ötən gün İranın cənub sahilindəki “raket şəhəri”nə səfər edib. Səfər zamanı Salami yeni obyektdə SEPAH Hərbi Dəniz Qüvvələrinin raket bölmələrinin döyüş hazırlığını yoxlayıb.

Yeraltı bazada yerləşən təkmilləşdirilmiş raketlər həmçinin elektron döyüş texnikası ilə təchiz edilib və ən qısa müddətdə istifadəyə verilə bilər.

Bildirilib ki, bu, 1 ay ərzində istifadəyə verilən üçüncü raket bazasıdır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью