SEPAH: Xameneinin qisası alınmadan müharibə bitməyəcək

13.11.2026

Icma.az, Bakivaxti portalına istinadən məlumat yayır.

“İran xalqı rəhbərin (Əli Xamenei) qisası alınmasından başqa heç nə ilə razılaşmayacaq”.

Bakıvaxtı.az xəbər verir ki, bunu İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) baş komandanının müşaviri Məhəmmədrza Nəqdi deyib.

“Qisas tələbi xalqın ümumi istəyidir, insanlar qisasdan başqa heç nə ilə razılaşmayacaqlar”, - o iddia edib.

Nəqdi əlavə edib ki, “Əli Xameneinin axan qanının yerdə qalmaması tələbi” yeni məsələ deyil və bu tələb bundan sonra da olacaq.

SEPAH baş komandanının müşaviri vurğulayıb: “Rəhbərin qatillərindən qisas alınmadan müharibə başa çatmayacaq və həmin qisas mütləq alınacaq”.

Xatırladaq ki, Əli Xamenei fevralın 28-də ABŞ və İsrail hərbi hava qüvvələrinin Tehrana hücumu zamanı öldürülüb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью