SEPAH xəbərdarlıq etdi: Bu ölkələr vurulacaq!

06.11.2026

Sherg.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandanının müşaviri Əli Bilali ABŞ-a qarşı mümkün yeni hərbi qarşıdurma zamanı Vaşinqtona dəstək verən ölkələrin də İranın hədəfinə çevrilə biləcəyini bildirib.

Globalinfo.az-ın məlumatına görə, general ABŞ-ın İrana qarşı yeni hücuma başlaması və digər ölkələrin bu əməliyyata yardım göstərməsi halında həmin dövlətlərin İran tərəfindən qanuni hərbi hədəf hesab ediləcəyini vurğulayıb.

“Yeni təcavüz baş verəcəyi təqdirdə, ABŞ-ın İrana hücumuna kömək edən istənilən ölkə və ya qüvvə İslam Respublikasının qanuni hədəfinə çevrilə bilər”, – deyə Bilali bildirib.

SEPAH rəsmisi, həmçinin İranın raket arsenalının regionda yerləşən İsrail və ABŞ hərbi bazalarına zərbələr endirmək üçün kifayət qədər mənzilə malik olduğunu iddia edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью