SEPAH Xəzər dənizində hərbi parad keçirib

28.03.2025

Icma.az, Tribuna saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

SEPAH dünən Fars körfəzi, Oman və Xəzər dənizlərində hərbi dəniz qüvvələrinin paradını keçirib. Tribunainfo.az xəbər verir ki, həmin paradlarda xeyli sayda gəmi iştirak edib.

SEPAH-ın Hərbi Dəniz Qüvvələrinin komandiri Əlireza Tanqsiri bildirib ki, bu, ABŞ və digər “düşmən”lərə xəbərdarlıq məqsədi güdüb. “Biz xəbərdarlıq etdik ki, hücum olarsa, anında sərt cavab veriləcək”.

O, həmçinin bəyan edib ki, “İran İsraili cəhənnəmə çevirəcək”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью