SEPAH Yaxın Şərqdəki bəzi hədəflərə zərbə endirdiyini açıqlayıb

11.06.2026

Icma.az, Azertag saytına istinadən bildirir.

Qahirə, 11 iyun, AZƏRTAC

İran İslam Keşikçiləri Korpusu (SEPAH) son raket zərbələrinə cavab olaraq səhər saatlarında Amerika Birləşmiş Ştatlarının (ABŞ) Yaxın Şərqdəki bir neçə mövqeyinə zərbə endirdiyini bildirib.

AZƏRTAC “əl-Ərəbiyyə”yə istinadla bildirir ki, Bəhreyn Daxili İşlər Nazirliyi raket zərbələrinə cavab olaraq həyəcan siqnallarını işə salıb. İran bu ölkədəki Amerikanın beşinci donanmasının hədəflərinə zərbə endirdiyini açıqlayıb.

Küveyt ordusu isə ölkə səmasında hava hədəflərini zərərsizləşdirdiyini bildirib və hava sahəsini müvəqqəti bağlayıb.

İordaniyadakı ABŞ səfirliyi bir neçə PUA və raketin ölkənin hava sahəsinə daxil olduğunu bildirərək xəbərdarlıq edib. SEPAH da ABŞ-nin İordaniyadakı komanda mərkəzinə raketlərlə zərbə endirdiyini açıqlayıb.

Şıxəli Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью