SEPAH yenə ABŞ bazasına və neft tankerlərinə hücum edib

29.07.2026

Sitat.info saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bu gün səhər saatlarında İslam İnqilabının Keşikçiləri Korpusu (SEPAH) yaydığı iki bəyanatda İordaniyadakı ABŞ hərbi hava bazası və komandanlıq mərkəzinin ballistik raketlərlə hədəfə alındığını, habelə, xəbərdarlıqlara əməl etməyən üç neft tankerinin vurularaq dayandırıldığını açıqlayıb.

Sitat.info xəbər verir ki, SEPAH-ın Aerokosmik Qüvvələri İordaniyadakı ABŞ hərbi bazasına bir neçə ballistik raket atıldığını, Hərbi Dəniz Qüvvələri isə “qanun pozucusu” adlandırdığı üç tankerin hədəfə alındığını bildirib.

Bundan öncə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) SEPAH tərəfindən İrandan atılan bütün raketlərin məhv edildiyini, ABŞ qüvvələri arasında itki və ya zərər olmadığını açıqlamışdı.

Bu səbəbdən tərəflərin hadisə ilə bağlı açıqlamaları bir-biri ilə ziddiyyət təşkil edir.  

Səid,

Sitat.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью