Cebheinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Çərşənbə axşamı səhəri İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) hücum dronları Bəhreyndə yerləşən Şeyx İsa Hava Bazasında ABŞ radar sisteminə hücum edib.
“Cebheinfo.az” xəbər verir ki, bu barədə SEPAH-ın ictimaiyyətlə əlaqələr şöbəsi məlumat verib:
"ABŞ hərbi dronları tərəfindən İran İslam Respublikasının hava məkanının davamlı şəkildə pozulmasına cavab olaraq, SEPAH- ın hücum dronları bu səhər dəqiq əməliyyatla Bəhreyn adasındakı Şeyx İsa Hava Bazasında ABŞ qüvvələrinin radar sisteminə zərbə endirib".
SEPAH İran hava məkanının daha da pozulmasının və bölgədəki hərbi bazaların İrana qarşı düşmənçilik hərəkətləri üçün istifadəsinin cavabsız qalmayacağını və nəticələrinə görə məsuliyyətin ABŞ hərbi komandanlığının üzərinə düşəcəyini vurğulayıb.
Xatırladaq ki, İran əvvəllər Hörmüz boğazı yaxınlığında bir neçə Amerika MQ-1 və MQM-170 dronunun tutulması və enişi barədə məlumat vermişdi.
Xəzər
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin