SEPAH yeni antiballistik HHM sistemini sınaqdan keçirəcək

11.01.2025

Icma.az, Olke.az portalına istinadən məlumat verir.

İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Aerokosmik Qüvvələri yerli anti-ballistik hava hücumundan müdafiə raket sistemini sınaqdan keçirəcək.

Ölkə.Az xəbər verir ki, bu barədə SEPAH Aerokosmik Qüvvələrinin Hava Hücumundan Müdafiə Komandanı general Davud Şeyxian  məlumat verib.

SEPAH-ın qabaqcıl hava hücumundan müdafiə imkanlarına malik olduğunu vurğulayan general əlavə edib ki, yaxın gələcəkdə yerli istehsal olan yeni anti-ballistik hava hücumundan müdafiə sistemi sınaqdan keçiriləcək.

Komandan bildirib ki, İranın yeni sistemi mütləq hərbi sahədə  düşmən ölkələrin beynində suallar yaradacaq.

İranın Hava Hücumundan Müdafiəsinin mərkəzi qərargahı olan Xatəm əl-Ənbiya Hava Hücumundan Müdafiə Bazasının komandiri isə ölkənin həssas məntəqələrinin yaxınlığında bir sıra yeni və məxfi hava hücumundan müdafiə sistemlərinin quraşdırıldığını bildirib.

Mürtəza
Ölkə.Az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью