SEPAH yeraltı raket bazasını nümayiş etdirdi Video

11.01.2025

Axar.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) baş komandanı, general-mayor Hüseyn Salaminin iştirakı ilə iranlı mütəxəssislər tərəfindən hazırlanmış təkmil raket sistemi təqdim olunub.

Axar.az xəbər verir ki, “Mehr” İsrailə qarşı “Əsl vəd 1” və “Əsl vəd 2” əməliyyatlarının bir hissəsinin bu yeraltı raket bazasından istifadə edilərək həyata keçirildiyini yazıb.

“Tezliklə yeraltı raket və pilotsuz uçuş aparatları kompleksləri də açılacaq və siz İranın qüdrətinin görünməmiş nəhəngliyini və dərinliyini görəcəksiniz”, - general-mayor Salami bildirib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью