SEPAHın hərbi korpusunun komandiri bu ölkədə ÖLDÜRÜLDÜ

01.12.2024

Publika.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Suriyadakı iranlı hərbi müşavirlər korpusunun rəhbəri general-mayor Kiyumarsa Purhaşemi öldürülüb.

Publika.az SEPAH-ın mətbuat xidmətinə istinadla xəbər verir ki, məlumatı İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandanı general-leytenant Hüseyn Səlami təsdiqləyib.

Onun sözlərinə görə, Purhaşemi Ərəb Respublikasının şimalında törədilən terror aktı nəticəsində ölüb. O, yaraqlıların fəallaşmasına görə məsuliyyəti İsrailin üzərinə qoyub:

"Sionist təkfirçi terrorçuların cinayətlərindən biri də İranın Suriyadakı baş hərbi müşaviri, Hac Haşim ləqəbi ilə tanınan general-mayor Kiyumarsa Purhaşemiyə sui-qəsddir".

Hüseyn İbadlı

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью