SEPAHın kontradmiralından şok iddia: Yaxın bir neçə il ərzində İsrail...

26.12.2024

Icma.az bildirir, Publika.az saytına əsaslanaraq.

İslam İnqilabı Keşikçiləri Korpusunun komandanının müavini, Əli Fədavi deyib ki, İsrail yaxın bir neçə il ərzində mütləq yox olacaq.

Publika.az xəbər verir ki, bu barədə “Tasnim” məlumat yayıb.

Çərşənbə günü SEPAH-ın elmi sərgisini ziyarət edərkən jurnalistlərə açıqlama verən kontr-admiral Əli Fədavi İsraili Qəzza zolağındakı hərəkətlərinə görə tənqid edib.

“Başlanğıc prosesi nəzərə alsaq, sionist rejim kimi tanınan rejim yaxın bir neçə il ərzində mütləq mövcud olmayacaq”, - admiral bildirib.

O, İsraili "son 15 ayda törətdiyi vəhşiliklərə görə dünyanın ən qəddar rejimi" adlandıraraq, "tiraniyanın heç vaxt əbədi olmadığını” deyib.

Tural

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью