SEPAHın qərargahı, Tehran hava limanı vuruldu Foto

04.11.2024

Icma.az, Tribuna saytına istinadən bildirir.

İran paytaxtının İmam Xomeyni adına Beynəlxalq Hava Limanında partlayışlar barədə xəbərlər daxil olub.

Tribunainfo.az  xəbər verir ki, bu barədə İsrail mediası məlumat yayıb.

Ərəb mediası İsrailin İranda İslam İnqilabı Keşikçiləri Korpusunun qərargahının yerləşdiyi yerə hücum etdiyini bildirib.

“Maariv” isə xəbər verir ki, hücumdan sonra İran hava məkanını bağlayıb. Nəşr yazır ki, Suriya və İraqda da partlayış səsləri eşidilib və hava hücumundan müdafiə sistemləri işə salınıb.

Qeyd edək ki, İsrail ordusu İrana cavab zərbəsi endirdiyini təsdiqləyib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью