Separatçı tör töküntülər çalışırlar ki, bəzi xoşagəlməz hərəkətlər etsinlər Polkovnik | Ic…
Redaktor.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
"Həmin o tör-töküntülər separatçı rejimin əski parçasını və yaxud da hansısa simvollarını nümayiş etdirsələr də, bunun hər hansı bir effekti, təsiri yoxdur".
Bunu Redaktor.az-a açıqlamasında hərbi ekspert, polkovnik Üzeyir Cəfərov Ermənistanda separatçı rejimin simvollarının açıq şəkildə nümayiş olunması ilə bağlı məsələdən danışarkən dedi.
"Əlbəttə ki, olmasaydı daha yaxşı olardı, amma nə etmək olar.
Bu gün həm Ermənistan ərazisində, həm də kənarda onlara himayədarlıq edən xeyli maraqlı qüvvələr var.
Həmin qüvvələr açıq şəkildə Azərbaycan-Ermənistan, Ermənistan-Türkiyə normallaşmasını pozmaq istəyirlər.
Dəfələrlə bu haqda mətbuatda yazılıb. Bəzən elə olub ki, Ermənistanın hazırkı Baş naziri onlara qarşı müəyyən addımlar atıb, qərarlar verib,
Ümid edirəm ki, bu məsələyə də son qoyulacaq. Çünki bu məsələnin hər hansı bir perspektivi yoxdur.
Tam oxu
Xəbəri oxu