Separatçılar ayağa qalxdı: Abxaziya Gürcüstana QAYTARILIR? | Icma.az
Modern.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Gürcüstanın separatçıların nəzarəti altında olan Abxaziya bölgəsində noyabrın 11-dən etibarən kütləvi etiraz aksiyaları başlayıb.
Həmin gün Rusiya ilə müqavilənin ratifikasiyasına qarşı çıxan bir neçə müxalif siyasətçi saxlanılıb.
Onlar iddia edirdilər ki, qanun ruslara respublikada çoxfunksiyalı komplekslər adı altında mənzillər tikməyə icazə verəcək.
Saxlanılarkən etirazçılar Suxumda bir neçə körpünü bağlayıblar. Ötən gün isə etirazçılar separatçıların binalarına hücum ediblər.
Onlar "prezident", "vitse-prezident" və "baş nazir"in istefasını tələb ediblər. Hadisələr zamanı 13 nəfər yaralanıb.
Abxaziyada separatçıların lideri Aslan Bjaniya istefa verməyə hazır olduğunu bildirib.
O, müxalifət qüvvələrinin hökumət binalarını tərk etməsindən sonra istefa verməyə hazır olduğunu bəyan edib.
Tam oxu
Xəbəri oxu