Separatçılar bir daha baş qaldıra bilməyəcək POLKOVNİKDƏN AÇIQLAMA

19.09.2026

Olke.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bunu Ölkə.az-a açıqlamasında hərbi ekspert, ehtiyatda olan polkovnik Üzeyir Cəfərov deyib. 

O vurğulayıb ki, 3 il bundan əvvəl həyata keçirilən antiterror əməliyyatları tarixi hadisələr idi. 

"Əslinə qalsa, biz bu məsələni 2020-ci ildə bitirə bilərdik, bunun üçün bütün imkanlara sahib idik. Amma maraqlı qüvvələr, regionda öz marağı olan dövlətlər, birinci növbədə bizim şimal qonşumuz, prosesin başa çatmasına imkan vermədi", - o vurğulayıb. 

Ekspert vurğulayıb ki, Azərbaycan məcburiyyət qarşısında qalıb 10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli bəyanatın müddəalarının icrasını özü təmin edib, separatçıları buna məcbur edib. 

"Əlbəttə ki, tarixdə hələ bu baş verənlər çox öyrəniləcək, müzakirə olunacaq. Hesab edirəm ki, Azərbaycan Silahlı Qüvvələrinin 2020-ci ildə 44 günlük müharibədə və daha sonra antiterror əməliyyatlarında qazandığı qələbə 
tarixi nailiyyətdir, böyük zəfərdir. 26 il ərzində ATƏT-in Minsk qrupunun həll edə bilmədiyi məsələni Azərbaycan Silahlı Qüvvələri həll etdi, həm BMT-nin 4 qətnaməsini icra etdi, həm də öz gücünü bütün dünyaya sübut etdi.

Çünki Azərbaycanı inandırmağa çalışırdılar ki, Qarabağ məsələsinin hərbi yolla həlli yoxdur. Amma Azərbaycan bunun əksini sübut etdi və biz məhz əsgər və zabitlərimizin şücaəti və qəhrəmanlığı nəticəsində ərazi bütövlüyümüzü və suverenliyimizi tam təmin etdik. 

Ehtiyatda olan polkovnik bildirib ki, hazırda Azərbaycanla Ermənistan arasında münasibətlər yaranır, iqtisadi münasibətlər formalaşır:

"Ermənistana Azərbaycan ərazisindən keçməklə tranzit yüklər daşınır. Yaxın dövr üçün erməni məhsullarının Türkiyə və Azərbaycan bazarına çıxması gözlənilir. Hələ siyasi müstəvidə bəzi müzakirələr gedir. Bütün bunlar Azərbaycan Silahlı Qüvvələrinin qazandığı böyük qələbə sayəsində mümkün olub".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью