Separatçılar havadan asılı qalıb

19.06.2025

Tribuna portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Ermənistandan mənzillənmiş separatçılar havadan asılı vəziyyətdə qalıblar. Tribunainfo.az xəbər verir ki, onlar nə edəcəklərini bilmirlər.

Ötən gün açıqlama verən separatçı Metaxe Akopyan deyib ki, fəaliyyətləri artıq əvvəlki səviyyədə effekt vermir. Onun sözlərinə görə, xariclə əlaqə qursalar da, onlar Ermənistanın rəsmi şəkildə adddım atmasını vacib hesab edirlər. “Bizə bildirirlər ki, Qarabağ məsələsinin yenidən gündəmə gətirilməsi üçün Ermənistan hakimiyyətinin addım atması, təşəbbüslə çıxış etməsi lazımdır. Lakin rəsmi İrəvan buna isti yanaşmır”.

Akopyan onu da deyib ki, Qarabağın qondarma “dövlət qurumları” simvolik olmamalıdır.

Fərda Uğur

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью