Separatçılar Minsk Qrupundan əllərini üzüblər: yeni axtarışa çıxıblar | Icma.az
Tribuna saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Ermənistanda mənzillənmiş separatçıllar Minsk Qrupunun ləğvinə qarşı olsalar da, onun geri qaytarılmasının mümkün olmadığını da qəbullanmaq istəmirlər.
Tribunainfo.az xəbər verir ki, separatçı Artak Beqlaryan bununla bağlı “maraqlı” bəhanə də tapıb.
O deyib ki, Minsk Qrupu Budapeşt sammitində yaradılıb və yalnız başqa sammitin qərarı ilə buraxıla bilər.
“Nazirlər Şurasının bu qrupu ləğv etmək səlahiyyəti yoxdur”.
Onun sözlərinə görə, Minsk Qrupunun olmaması Qarabağdan köçənlərin geri qayıtması məsələsini qapatmır.
“Bu o demək deyil ki, Ermənistan hakimiyyətinin mövqeyi dəyişərsə, Qarabağ üzrə yeni beynəlxalq mexanizm formalaşa bilməz”.
Fərda Uğur Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Tam oxu
Xəbəri oxu