Separatçılara qarşı istintaq: Heç bir cinayət cəzasız qalmayacaq

19.11.2025

Demokrat.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“Separatçılar Azərbaycana qarşı çox ağır cinayətlər törədiblər və onlar Azərbaycan qanunları çərçivəsində mühakimə olunurlar. Təbii ki, istintaq zamanı sübutların toplanması və hadisələrin daha dərindən araşdırılması cinayətin miqyasını ortaya qoyur".
Bunu Demokrat.az-a açıqlamasında Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyası İdarə Heyətinin üzvü, siyasi şərhçi Əli Zülfüqaroğlu deyib.
O, bildirib ki, eyni zamanda şahidlərin dindirilməsi, işkəncə görmüş vətəndaşların ifadələrinin toplanması və bir sıra faktların öyrənilməsi işin daha da aydınlaşdırılmasına xidmət edir:
"Heç bir cinayət cəzasız qalmadığı kimi, separatçıların törətdiyi təhqirli və ağır cinayət əməlləri də təbii ki, cəzasız qala bilməz. Müxtəlif zamanlarda onların həbsi və istintaq prosesinə dəstək məqsədilə bir sıra addımlar atılıb".
Ekspert bildirib ki, xüsusilə beynəlxalq səviyyədə aparılan kampaniyalar və digər tədbirlər bu proseslərin izlənməsinə imkan verir:
"Lakin heç bir təzyiq istintaqın gedişinə təsir edə bilməz. Hər şey aydındır: Azərbaycan ərazilərində törədilən cinayət əməlləri tam sübuta yetirildikdən sonra, cinayətkarlar layiq olduqları cəzalarını alacaqlar. Beynəlxalq səviyyədə edilən təzyiqlər isə prosesə heç bir effekt göstərə bilməz. Bu səbəbdən hesab edirəm ki, istintaq prosesi tam obyektiv və qanuna uyğun şəkildə aparılmalıdır".
Əfsanə Kamal
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью