Icma.az, Newscenter.az portalına istinadən məlumatı açıqlayır.
• Azərbaycan torpaqlarını 30 ildən çox əsarətdə saxlayan bir qrup erməni separatçısı və qondarma rejimin rəhbərləri bu müddətdə bizim zəngin təbii sərvətlərimizi talayaraq özlərinə var-dövlət toplamaqla, asan yolla varlanmaqla məşğul idilər.
• Mal-mülk, hotel və restoranlar, bank və şirkətlər, qızıl və mis zavodları, balıqçılıq və şərabçılıq təsərrüfatlarına sahib olan Köçəryan, Sarkisyan,
• Quqasyan, Saakyan, Şahramanyan, Arutunyan və digər cinayətkarlar Qarabağı şəxsi biznes kaloniyasına çevirmişdilər.
• Acgozlüklə talalan Azərbaycanın sərvətlərindən sadə ermənilərə heç nə çatmırdı.
• Terrorçu klan milyonlarla dollar qazanc əldə etsələr də, bölgədə yaşayan erməni əhalisi xaricdən göndəriklən və Ermənistanın büdcəsindən ayrılan ianələr hesabına yaşayırdı.
• Ona görə də ehtiyac içərisində və səfil həyat yaşayan əhali onların əlindən boğaza yığılmışdı, onlar burada məcburiyyətdən yaşayırdı, zorla saxlanılırdı.
• Onlar Azərbaycan Ordusunun əks-hücumunu gözləyirdilər ki, əsgərlərimiz onları bu rejimin girovluğundan qurtarsın.
• Və eləcədə oldu, ermənilər quldur rejimin yıxılmasına sanki sevinirdilər.
• Bu nifrətin nəticəsi idi ki, Araik və separatçı rejim erməniləri zorla döyüş xəttinə göndərməyə çalışsalar da, onlar vuruşmaqdan imtina edirdilər. Minlərlə fərarinin içərisində sadə erməni əhalisinin böyük bir qismin yer alması da təsadüfi deyildi.
• Bir sözlə, 44 günlük müharibə və 23 saatlıq anti-terror əməliyyatı onlar üçün nicat yolu oldu, ermənilər fürsət gözləyirmiş kimi dərhal Ermənistana və oradan da başqa ölkələrə üz tutdular.
• Uzun illər var-dövlət və cah-cəlal içərisində yaşayan, Xankəndini özləri üçün cənnətə çevirmiş seperatçılara isə heç yerə üz tuta bilmədilər, Azərbaycan dövləti onlara cəhənnəmi yaşatdı.
• Vaxtilə şərab içib sərsəm bəyanatlar verənlərin bir qismi layiqli cəzalarını alaraq indi Bakı tədricxanalarında çay içirlər.
• Ermənistana qaça bilən cinayətkarlar - Koçaryanlar və onun yaxın dairəsi isə İrəvan türmələrində cəzalarını almaqdadırlar.
• Bu baxımdan 8 Noyabr Bayramı separatizmin zülmündən xilas olan sadə ermənilərin də bayramı kimi dəyərləndirilə bilər.
• Zəfər bayramını bizə bəxş edən Silahlı Qüvvələrimizə, Ali Bas Komandana hər kəs minnətdardır.
Vaqif Abdullayev, siyasi elmlər doktoru, professor