Icma.az, Ayna saytına istinadən bildirir. Sərdar Cəlaloğlu: “Gözlədik ki, düşmən özünə gəlsin, toparlansın.
44 günlük müharibədən sonra diplomatik gedişlərimiz çox ləng oldu” İrəvanda olan keçmiş Qarabağ separatçıları yenidən aktivləşiblər.
Özlərini “Qarabağ hərəkatı” adlandıran ləğv edilmiş qondarma qurumun “səlahiyyətliləri” İrəvanda “dövlət” oyunlarına davam etməkdədirlər.
Erməni mediasının məlumatına görə, üç gün əvvəl “Artsax parlamenti”nin İrəvanda “iclası” keçirilib.
“Toplantı”da “Artsax konstitusiyasına” dəyişiklik layihəsi təsdiqlənib.
Qondarma “parlament”in üzvü Metakse Akopyan bildirib ki, dəyişikliklərə əsasən ”dövlət institutları"nın davamlılığı təmin edilib.
“Yeni mətn elə yazılıb ki, istənilən fors-major şəraitdə ”dövlət" qurumları həll yolları tapa bilsinlər.
Gələcəkdə onlar qeyri-qanuni qurum sayılmayacaqlar. Ümid edirəm ki, “iclas” həm “parlament”, həm də “prezidentlik” institutunun daha həyat q