Separatçıların klubu Türkiyə liqasında lider oldu

21.09.2026

Icma.az, Yenisabah portalına istinadən məlumat yayır.

Türkiyə Superliqasında gözlənilməz nəticə qeydə alınıb.

“Yeni Sabah” xəbər verir ki, meydan sahibi "Amedspor" doğma azarkeşləri önündə "Beşiktaş"ı qəbul edib.

Meydanda 10 nəfərlə qalmasına baxmayaraq, diyarbakırlılar 3:2 hesablı tarixi qələbə qazanaraq turnir cədvəlinin zirvəsinə yüksəliblər. Toyuqlu pizza

Oyunun böyük hissəsini azlıqda oynayan "Amedspor" intizamlı müdafiə və effektli əks-hücumlarla üstünlüyünü qorumağı bacarıb. "Beşiktaş"ın son dəqiqələrdə vurduğu penalti qolu isə məğlubiyyətdən qaçmağa bəs etməyib.

“Amedspor” Diyarbakır şəhərini təmsil edir və kürd separatçılarının klubu hesab olunur. 


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью