Qaynarinfo saytından alınan məlumata görə, Icma.az bildirir.
Bütün zamanların ən mürəkkəb fişinq fırıldaqlarından biri adlandırılan "Scattered Spider" (Səpələnmiş hörümçək) yenidən gündəmdədir.
Buna səbəb dələduzluğun pərdə arxasında olduğu güman edilən beş kibercinayətkar barəsində hazırlanan ittihamnamədir.
Qaynarinfo xəbər verir ki, sözügedən şəxslərdən dördü ABŞ vətəndaşları - Əhməd Hossam Eldin Elbadavi, Noah Maykl Urban, Evans Onyeaka Osiebo və Coel Martin Evansdır.
Federal münsiflər heyəti bu şəxslərə pul köçürməsi fırıldağı, cinayət əlaqəsi qurma və ağırlaşdırılmış şəxsiyyət oğurluğu ittihamlarının irəli sürülməsini təsdiqləyib.
Bundan əlavə, Böyük Britaniya vətəndaşı Tayler Robert Bukanan da pul köçürülməsi fırıldağında ittiham olunub.
ABŞ-da şübhəliləri pul köçürmə fırıldaqçılığı etmək üçün cinayət əlaqəsi qurma ittihamı ilə 20 ilə qədər, cinayət ittihamı ilə 5 ilə qədər, ağırlaşdırılmış şəxsiyyət oğurluğu ittihamı ilə 2 il həbs cəzası gözləyir.
Bildirilir ki, Byukenen pul köçürmələri dələduzluğuna görə də 20 ilə qədər həbs cəzası ala bilər.