Milli.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
FIFA-nın sabiq prezidenti Sepp Blatter qurumun hazırkı rəhbəri Canni İnfantinonun yerinə namizəd kimi Norveç Futbol Assosiasiyasının prezidenti Liza Klavenessi dəstəkləyib.
Milli.Az xəbər verir ki, Blatter bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
O bildirib ki, Klaveness öz mövqeyi ilə seçilən və prinsipiallığı ilə fərqlənən şəxsdir.
"Liza Klaveness böyük hörmətə layiqdir. O, hər zaman aydın mövqeyini ortaya qoyub və kütlənin ardınca getməyib. FIFA-nın rəhbərliyində bir qadının olması üçün zaman yetişib", - deyə Blatter qeyd edib.
Qeyd edək ki, 45 yaşlı Liza Klaveness Norveç millisinin sabiq futbolçusudur. O, 2022-ci ildən Norveç Futbol Assosiasiyasına rəhbərlik edir.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)