Septimius Severus heykəlinin başı geri qaytarılıb | Icma.az
Icma.az bildirir, Kulis.az portalına istinadən. Türkiyədən oğurlanan Septimius Severus heykəlinin başı geri qaytarılıb.
Kulis.az xəbər verir ki, Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə 2023-cü ildə ABŞ-dən geri qaytarılan Roma İmperatoru Septimius Severusun bürünc heykəlinin başı Danimarkadan gətirilərək Antalya Muzeyində nümayiş etdirilib.
Türkiyəyə qaytarılan Anadolu mənşəli tarixi əsərlər Antalya Arxeologiya Muzeyində jurnalistlərə təqdim edilib.
Muzeydəki təqdimat mərasimində nazir Ərsoy, Danimarkanın Ankara səfiri Ole Toft, Antalya valisi Hulusi Şahin, millət vəkilləri və digər qonaqlar iştirak edib.
Qeyd edək ki, Roma İmperatoru Septimius Severus heykəlinin başı 1960-cı illərdə Antik Bubon şəhərində aparılan qeyri-qanuni qazıntılar nəticəsində xaricə aparılmış əsərlərdən biriridir.
Mətbəə 60 ildən sonra muzeyə çevrildi Həsən Kürün son vəziyyəti - Açıqlama "Azərbaycanda elə bir müğənni yoxdur ki, mən onunla duet oxumağı arzu edim" - Nadir Rüstəmli ilə müsahibə Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu