Seray Severdən illər sonra şok Kurtlar vadisi etirafı

29.08.2026

Icma.az bildirir, Cebheinfo portalına istinadən.

Türkiyəli məşhur aktrisa və aparıcı Seray Sever qonaq olduğu proqramda illər əvvəl birlikdə rol aldığı Necati Şaşmaz barədə səsləndirdiyi fikirlərlə sosial mediada gündəm olub.

"Cebheinfo.az" xəbər verir ki, “Kurtlar vadisi” serialında vaxtilə "Dərya" obrazını canlandıran Seray Sever həmin rolun onun üçün yarımçıq qaldığını bildirib.

"Bu, mənim xəyalımdakı rollardan biri idi. İlk ölən obrazlardan biri oldum. Təxminən 26-cı bölümdə personajım öldü", – deyə o bildirib.Sever çəkiliş heyətində müəyyən problemlərin yaşandığını da vurğulayıb:

"Komandada bəzi çətinliklər var idi. Əvvəl mən, sonra Oktay Kaynarca serialdan ayrıldı, daha sonra isə prodüser bağlı ciddi hadisələr baş verdi. Dərya zahirdə sərt, soyuqqanlı, daxilində isə emosional və yaraları olan mafiya qadını idi. O rolu daha uzun müddət oynamaq istərdim".

Aktrisa serialın baş qəhrəmanı “Polatı” canlandıran Necati Şaşmazı da tənqid edib:

"Necati Şaşmaz “Kurtlar vadisi” dövründə hələ aktyor deyildi. Təkcə silah çıxarma səhnəsinin 8 saat çəkdiyini yaxşı xatırlayıram. Çəkiliş meydançasında hamımız əziyyət çəkirdik".

Seray Severin bu açıqlamalarından sonra sosial media istifadəçiləri iki cəbhəyə bölünüb, bəziləri onu haqlı saysa da, digərləri Necati Şaşmazı müdafiə edib.

Əfsanə
"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью