Serb Respublikasının Prezidenti Milorad Dodik xəstəxanaya yerləşdirilib

09.12.2024

Icma.az, Oxu.az portalına istinadən məlumat verir.

Bosniya və Herseqovina əyalətinin tərkibində olan Serb Respublikasının Prezidenti Milorad Dodik xəstəxanaya yerləşdirilib.

Oxu.Az RBC-yə istinadən xəbər verir ki, bu barədə onun mətbuat xidməti məlumat yayıb.

"Serb Respublikasının Prezidenti Milorad Dodik bu gün günortadan sonra, dekabrın 8-də Belqradda kəskin ağrılar səbəbindən müayinə olunub, sonra o xəstəxanaya yerləşdirilib", - məlumatda bildirilir.

O, qida borusu və mədəsindən əməliyyat olunacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью