Sərbəst güləş üzrə birincilikdə 7 şəhər və rayondan 110 idmançı iştirak edib

08.07.2025

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Beyləqan, 8 iyul, Tahir Ağaməmmədov, AZƏRTAC

Beyləqanda yeniyetmələr arasında sərbəst güləş üzrə açıq rayon birinciliyi keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Mil-Muğan Regional Gənclər və İdman İdarəsinin Beyləqan rayonu üzrə gənclər və idman sektorunun, Beyləqan Olimpiya İdman Kompleksi və Azərbaycan Güləş Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən yarışın rəsmi hissəsində əvvəlcə Azərbaycanın Dövlət Himni səslənib, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Birincilikdə respublikanın 7 şəhər və rayonundan olan 110 idmançı qüvvəsini sınayıb. Sonda hər çəki dərəcəsində I, II və III yerləri tutan idmançılar diplom və medallarla mükafatlandırılıblar.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью