Sərbəst güləşçilər mübarizəyə başlayır İdman və Biz

27.12.2024

Icma.az bildirir, Idman.biz saytına əsaslanaraq.

Güləş üzrə Azərbaycan çempionatına davam edir.

İdman.biz xəbər verir ki, yarış bir günlük fasilədən sonra bu gün bərpa olunacaq.

Xalça sərbəst güləşçilərin ixtiyarına veriləcək. Bu növdə ilk gündə 5 çəkidə mükafatçılar müəyyənləşəcək. Bu gün 57 kq, 65 kq, 74 kq, 86 kq və 97 kq çəkidə mübarizə aparan güləşçilər qalibləri müəyyənləşdirəcəklər.

Bakı İdman Sarayında təşkil olunan çempionatda ilkin mərhələlərin görüşləri saat 10:00-da başlayıb. Medallar uğrunda qarşılaşmalar isə 17:00-da start götürəcək.

Qeyd edək ki, sabah başa çatacaq ölkə çempionatında medal qazanan pəhləvanlar milli komandaların tərkibinə cəlb olunacaq.

İdman.biz

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью