Sərbəst güləşçilər Qazaxıstanda 8 medal qazandı

11.11.2026

Icma.az bildirir, futbolpress-az portalına istinadən.

Qazaxıstanın Kökşetau şəhərində əməkdar məşqçi Axmetjan Kazımbetovun xatirəsinə sərbəst güləş üzrə yeniyetmələr arasında ənənəvi turnir keçirilib.

Futbolpress.az xəbər verir ki, memorialda U17 millinin böyük məşqçisi Hacı Əliyev və məşqçi Allahverdi Vəliyevin rəhbərliyi altında 8 güləşçimiz fəxri kürsüyə qalxıb.

Belə ki, Yusif Abdullayev (45 kq), Süleyman Şirinov (51 kq), İbrahim Həsənov (55 kq) və Elcan Həsənov (65 kq) qızıl, Hüseyn Rzazadə (55 kq), Elvin Necəfzadə (92 kq) gümüş, Tunar Həsənov (48 kq) və Nicat Mustafayev (110 kq) isə bürünc medal qazanıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью