Sərbəstqalma dəyəri 62 milyon təyin edildi

08.02.2025

futbolpress-az saytından alınan məlumata görə, Icma.az bildirir.

“Vulverhempton”un hücumçusu Mateus Kunyanın yeni sərbəst qalma məbləği 62 milyon funt sterlinq təyin olunub.

Futbolpress.az xəbər verir ki, həftə sonu 4 il yarımlıq müqavilə imzalayan Kunya İngiltərə futbolunun ən çox axtarılan oyunçularından biri olub. Müqavilənin sərbəstqalma bəndi mövsümün sonunda aktivləşəcək. Hansı klubların onu transfer edə biləcəyinə dair heç bir məhdudiyyət yoxdur. 

“Arsenal”, “Çelsi”, “Tottenhem”, “Aston Villa” və “Nottinqem Forest” 25 yaşlı braziliyalıya maraq göstərən klublar arasındadır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью