Serbiya 1/4 finala vəsiqə qazandı

28.05.2025

Icma.az, Redaktor.az portalına istinadən məlumatı açıqlayır.

Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatının 1/8 final mərhələsinin son matçı keçirilib.

Redaktor.az xəbər verir ki, Serbiya komandası Gürcüstan üzərində qələbədən sonra növbəti mərhələyə vəsiqə qazanıb.

Milli Gimnastika Arenasında baş tutan matçda Serbiya rəqibini 3:2 hesabı ilə üstələyib.

Qeyd edək ki, dünya çempionatına iyunun 1-də yekun vurulacaq.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью