Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Belqrad, 23 may, AZƏRTACSerbiya Avropa İttifaqının Vahid Avro Ödəniş Ərazisinə (SEPA) qoşulub.AZƏRTAC xəbər verir ki, Serbiyanın maliyyə naziri Sinişa Mali dəyişikliyin ölkədə praktiki şəkildə həyata keçirilməsinin 2026-cı ilin may ayında gözlənildiyini bildirib.“SEPA-nın bir hissəsi olmaq sayəsində vətəndaşlarımız üzv ölkələrlə avro ilə ödəniş əməliyyatlarını səmərəli, tez və daha az xərclə həyata keçirə biləcəklər”, - deyə nazir qeyd edib.Avropa İttifaqı Serbiyanın SEPA-ya üzvlüyünü alqışlayıb.
Avrokomissiya serblərin xaricdə avro ilə ödənişlərini asanlaşdıracaq bu addımı Qərbi Balkan regionu üçün İnkişaf Planının təsirinin praktiki nümunəsi kimi qiymətləndirib.Qeyd edək ki, SEPA avro ilə ifadə olunan bank köçürmələrinin sadələşdirilməsi üçün Avropa İttifaqının ödəniş inteqrasiyası təşəbbüsüdür.
Avropa İttifaqının 27 üzvü olmaqla SEPA-nın ümumilikdə 41 üzvü var.
Nihad BudaqovAZƏRTAC-ın xüsusi müxbiriBelqrad Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.